Türkiyədə Azərbaycanlı diplomatları aldadaraq 350 min dollar pullarını alıblar.
Bu barədə Türkiyənin TRT Haber kanalı məlumat yayıb.
İddialara görə, fırıldaqçılar diplomatları bu pullarla investisiya edəcəklərinə və “birə üç” qazanc əldə edəcəklərinə inandırıblar.
Onlar diplomatların telefonuna bir “app” yükləyərək, orada “investisiya etdikləri” pulun miqdarını və qazanclarını göstəriblər.
Aldadılan diplomatlar ifadələrində deyiblər ki, bir neçə ay ərzində cüzi miqdarda qazanc əldə ediblər. Bundan sonra daha çox pul qoymağa başlayıblar, lakin bir müddətdən sonra hesablarında olan pul tamamilə silinib. Məlum olub ki, app-da göstərən məbləğ həqiqi deyilmiş.
Məsələylə bağlı İstanbul şəhər Baş Prokurorluğunda cinayət işi başladılıb.