“Can Azərbaycan” dediyimiz kimi, “Can Ermənistan deyək”
Bunu Türkiyə Böyük Millət Məclisində çıxış edən erməni əsilli deputat Qaro Paylan deyib:
“Sərhədin qapalı olduğu qonşu ilə qərəzləri aradan qaldıra bilməzsiniz. Gəlin bir addım ataq, “Can Azərbaycanı” dediyimiz kimi “Can Ermənistan” deyək və iki xalqı barışdıraq. Müharibə ilə Türkiyə Qafqazda heç bir hegemonluğa, heç bir təsirə nail ola bilmədi və bilməyəcək. Müharibə Rusiyaya qazandıracaq, sülh isə Türkiyəyə, sülh bizə, hamımıza, bütün region xalqlarına faydad verəcək”.
Foto: Millət Vəkili Qaro Paylan
O bildirib ki, Türkiyə sülh quruculuğuna töhvə verməlidir:
“Paşinyan sülh çağırışları edir, əlini uzadır. Bu dəfə də masa qurularkən Əliyev maksimalist gözləntilər içindədir. Hansı qüvvə bu gözləntiləri tarazlaşdıracaq? Fransa, Amerika və ya Rusiya? Biz. Əgər biz bir rol oynasaq, oturub ədalətli sülhə nail ola bilərik, Azərbaycan və erməni xalqlarının gələcəyi üçün ədalətli sülhü təmin edə bilərik. Otuz beş il əvvələ qədər Şuşada azərilərlə ermənilər bir yerdə yaşayırdılar, indi onlar qanlı bıçaqlı xalqlar kimidirlər. Lakin biz bunu bir daha təmin edə bilərik, xalqların birgəyaşayış reallığını təşkil edə bilərik. Hələ də qapımızı bağlı saxlayırıq. Otuz il qapının bağlı qalmasının səbəbi nə idi? İşğal olunmuş torpaqlar var idi. İndi deyirsiniz ki, işğal olunmuş torpaqlar deyə bir reallıq yoxdur, onda gəlin bu qapını da tez bir zamanda açaq. Bizim hər iki prosesi birlikdə həyata keçirmək şansımız var”.

Leave A Reply