Bura Nasosnu kimi tanınan Hacı Zeynalabdin Tağıyev qəsəbəsidir. Yaşayış yerlərinə yaxın məsafədə olan “SOCAR”-a məxsus zavodlar yerləşir. Qəsəbə sakinləri deyirlər ki, tez-tez zavoddan qara tüstülər çıxdığını görürlər. Naib Mehdiyev deyir ki, bu ilin sentyabrında sosial mediada məsələni ictimailəşdirdikdən sonra, zavod tüstünü gecələr buraxmağa başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən HamamTimes-a bildirilib ki, avqustda zavod ərazisində monitorinq aparılıb. Ancaq məlum olub ki, tüstünün miqdarı norma daxilindədir. SOCAR isə məsələyə münasibət bildirməyib.