ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun İrana qarşı əməliyyatlarını “qaçılmaz təhlükə” ilə əsaslandırıb.

Onun sözlərinə görə, ABŞ kəşfiyyatı İsrailin İrana hücum planından xəbərdar olub və hesab edib ki, belə bir zərbədən sonra İran dərhal ABŞ qüvvələrini hədəfə alacaq.

Rubio əlavə edib ki, gözləmək daha çox itkiyə səbəb olardı və buna görə ABŞ “qabaqlayıcı və müdafiə xarakterli” addım atıb.

Tehran isə “qaçılmaz təhlükə” arqumentini rədd edir. İran rəsmiləri hücumları “əsassız və təxribatçı” adlandırır və cavab tədbirlərinin özünümüdafiə olduğunu bildirirlər.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə buna cavab olaraq, İsrailə və ABŞ-nin regiondakı hərbi bazalarına zərbələr endirib.

Leave A Reply