Ruben Vardanyanın həbsi haqda həyat yoldaşı Veronika Zonabend paylaşım edib:
“Mənim ərim, xeyriyyəçi, iş adamı və Artsaxın (Dağlıq Qarabağın) keçmiş dövlət naziri Ruben Vardanyan bu gün səhər saatlarında minlərlə erməni ilə getməyə cəhd edərkən Azərbaycan hakimiyyəti tərəfindən sərhəddə həbs edilib və saxlanılıb. Ruben 10 aylıq blokadada Arsax xalqının yanında olub və onların yaşamaq uğrunda mübarizəsində onlarla birlikdə əziyyət çəkib.”
“Ərimin sağ-salamat azadlığa çıxması üçün dualarınızı və dəstəyinizi diləyirəm”
Ermənistan XİN Ruben Vardanyanın həbsi ilə bağlı deyib ki, Rusiya və digər beynəlxalq tərəfdaşların dəstəyini gözləyirik.
Ruben Vardanyan bu gün Azərbaycan hərbçiləri tərəfindən saxlanılaraq Bakıya gətirilib

Leave A Reply