“Macarıstan Azərbaycana qarşı sanksiyalara və münasibətlərə təsir göstərəcək hər hansı qətnaməyə imkan verməyəcək.”

Macarıstan prezidenti Viktor Orban belə deyib. O, Avropa liderləri arasında görüşlərin keçirildiyi Qranada şəhərində jurnalistlərin suallarını cavablandırıb.

Foto: Google.az

Avropa Parlamentinin Azərbaycan haqqında son qətnaməsi ilə bağlı danışan Orban bildirib ki, “Azərbaycanın qaz təchizatı olmasa, Aİ Rusiya yanacağından asılılığını azalda bilməz. Azərbaycan açar ölkədir, Azərbaycansız biz enerji müstəqilliyinə nail ola bilmərik.”

Onun sözlərinə görə, Azərbaycan Aİ-nin enerji müstəqilliyini qorumaq üçün “strateji olaraq vacibdir.”

Leave A Reply