YAP Gənclər Təşkilatı sədrinin müavini Aytac Əliyevaya 7 il həbs cəzası kəsilib.
A.Əliyeva Binəqədi rayon bələdiyyə sədri vəzifəsində də işləyib. O, bu müddətdə vəzifəsindən sui-istifadə etmək, rüşvət müqabilində torpaqlara sənəd vermək, işə düzəltdirmək və bacısı ilə birgə qızıl alveri adı ilə adamları aldatmaqda günahlandırılıb.
Foto: Hamam Times
Məhkəmədə xidmətlərindən bəhs edən 38 yaşlı keçmiş bələdiyyə sədri ailə qurmadığını, gəncliyini partiyaya, dövlətə həsr etdiyini söyləyib: “Mən cavan qızam, gəncliyimi bu dövlətə, bu bayrağa qurban vermişəm. İndi şərlənib burada olmağım mənə pis təsir eləyir”.