“Ramiz Rövşən mənim aftafamı daşıyırdı”
Yazıçı Əkrəm Əylisli Yazıçılar Birliyinin qurultayını sərt tənqid edən açıqlamalar verib:
– Mən təxminən 2 il bundan əvvəl Anar haqqında çox kəskin bir yazı yazmışdım. Yazmışdım ki, sən saxtasan, vəzifə xəstəsisən, sifətinə mələk maskası taxıb iblisanə əməllər törətmisən
– Məsələn, Ramiz Rövşən. O, Anarı möhkəm müdafiə edənlərdən biridir. O həmin Ramiz Rövşəndir ki, bir vaxt mənim aftafamı daşıyırdı sonra Anarın dostu, qardaşı oldu. Həmin Ramiz Rövşəndir ki, bir vaxt Müsavatla, Xalq Cəbhəsi hakimiyyətdə olanda Əbülfəz Elçibəyə, İsa Qəmbərə mədhiyyələr, Heydər Əliyevə həcv yazırdı. İndi həmin adamdan əsər yoxdur, elə bil yeni Ramiz peyda olub. Bu adamın bir dünya şairliyi var, amma bir zərrə … yoxdur!
– Bu adamlar birləşib Azərbaycan ədəbiyyatını gülünc vəziyyətə salacaqlarsa, mən onlarla necə razılaşa bilərəm?! Bu adamlar dünən bir sifətdə, bu günsə başqa sifətdə olurlar.
Mənbə: Yeni Sabah – Xəbərlər

Leave A Reply