Yeni qan qrupunun adı MAL olacaq

İngiltərənin Bristol Universitetinin alimləri 50 il davam edən araşdırmalar nəticəsində yeni qan qrupu kəşf ediblər.

Alimlər deyir ki, MAL qan qrupu ilə bir çox qan xəstəliyinin müalicəsində əsaslı dəyişikliklər baş verə bilər.

1972-ci ildə İngiltərədə bir hamilə qadından götürülmüş qan nümunəsini tədqiq edən mütəxəssislər qanda bir antigenin əskik olduğunu aşkar ediblər.

“Blood” elmi jurnalında dərc edilən məqalədə əskik olan antigenin “AnWj” olduğu bildirilib. İnsanların böyük əksəriyyətinin qanı AnWj-müsbətdir, lakin sayları az da olsa AnWj-mənfi insanlar da var.

Bu qan qrupuna sahib insanlar yeni, 47-ci qan qrupuna aid ediləcəklər.

Leave A Reply