Hind Kabavat kimdir?

Əhməd Əl Şaraa yeni Suriya hökümətini elan edib.

Hökümətdə yalnız bir qadın nazir yer alıb. 

Tanınmış insan haqları fəalı Hind Kabavat Suriyanın yeni hökumətində sosial işlər və əmək naziri təyin edilib və bu, islamçı müvəqqəti prezident Əhməd əl-Şaraa tərəfindən təyin edilən ilk qadın olub.

Hind Kabavat, Suriyalı insan haqları müdafiəçisi, sülh fəalı və diplomatdır. O, Suriyada dialoq və barışıq təşəbbüsləri ilə tanınır. Kabavat Harvard və Tufts universitetlərində çalışıb və Suriya böhranı ilə bağlı beynəlxalq danışıqlarda iştirak edib. O, xüsusilə qadın hüquqları və sülh quruculuğu sahəsində mühüm töhfələr verib.

Hind Kabavat devrilmiş Bəşər Əsəd hakimiyyətinin ən sərt tənqidçisi kimi də tanınır.

Leave A Reply