Naxçıvanda yeniyetməyə qarşı əxlaqsızlıq edən molla həbs edilib.

Naxçıvan MR Dini Qurumlarla İş üzrə İdarəsinin kənd üzrə molla-mükəbbiri Allahşükür P-yevə (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 153.1-ci maddəsi (16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə iş açılıb.
Araşdırmalarla müəyyən edilib ki, din xadimi işlədiyi kəndin məscidində təmizlik işlərinə kömək edən 14 yaşlı qıza qarşı bir neçə dəfə əxlaqsız hərəkətlər edib, ona telefon və mobil nömrə hədiyyə edib, həmçinin Naxçıvan şəhərində onunla görüşərək vaxt keçirib.
Məhkəmənin 21 yanvar tarixli hökmü ilə Allahşükür P-yevə 1 il 6 ay həbs cəzası verilib. Onun vəzifə tutmaq hüququ da 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.