Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon “atıblar”

Cinayət işində “Mərkəzi Klinika”, “Bona Dea Hospital”, “Mərkəzi Gömrük Hospitalı”nın və bəzi məşhur həkimlərin adı çəkilir.

Talassemiyalı uşaqların xaricdə müalicəsi adı ilə onların valideynlərinə 1 milyon manat pul atıblar.

Dələduzluğa görə “Urmedhelp” və “My Doc Tour” şirkətlərinin rəhbəri Nuridə Seyidova, onunla birlikdə işləmiş həkim Aynur Bayramova həbs edilib.

Zərərçəkən valideynlər deyirlər ki, pulu verəndən sonra əməliyyat adı ilə Türkiyəyə gediblər. Orada bir müddət gözləsələr də, əməliyyat baş tutmayıb. Buna da əlavə xərcləri çıxdığından geri qayıdıblar.

Nuridə Seyidovayla birlikdə işləmiş həkim Aysel Məmmədova məhkəmədə deyib ki, xəstələrin klinikaya ödədiyi məbləğin 20 faizi də onlara çatırdı.

“Mərkəzi Gömrük Hospitalından həkim Mircəlal Kazımi var, qaraciyər və ilik transplantasiyası xəstələrini bizə yönləndirib. “Baku Medical Plaza”, “Mərkəzi Klinika” və “Bona Dea Hospital”dan yönləndirilənlər olub. “Mərkəzi Klinika”dan Eldar doktor, “Bona Dea”dan isə Tariyel Əhmədov yadımda qalıb”, – Aysel Məmmədova deyib.

Leave A Reply