10 günün əsgəri ölüb
Masallıdan olan Coşqun Sadıqov vərəm olduğu halda əsgər aparılıb və 10 gün sonra xidmət zamanı xəstəlikdən ölüb.
Sosial şəbəkədə paylaşım edən qazi Qartal Mehrac sual edir ki, vərəm xəstəsi hərbi yoxlanışdan necə keçib, xəstə gənc niyə əsgər aparılıb?
Əsgərin ölümüylə bağlı heç bir cinayət işi açılmayıb, məsuliyyətə cəlb edilən yoxdur. Məsələ ilə bağlı Müdafiə Nazirliyi heç bir açıqlama verməyib.

Hərbi bloqer Tofiq Şahmuradov əsgərin yaxınlarının onunla əlaqə saxladıqlarını bildirir:
“Atası yoxdur, anası böyüdüb. 25 yaşı olub, ağır vərəm xəstəsi imiş. Bir neçə dəfə xəstəliyinə görə həyati təhlükə yaşıyıb və bu səbəbdən 7 il hərbi xidmətə aparılmayıb.
Buna baxmayaraq bu çağırışın son günlərində qəfil göndərilib. Belə ağır vərəm xəstəsi yüzlərlə əsgərin içinə necə göndərilib? Bu orduya qarşı böyük təxribatdır, vərəm xəstəliyi keçicidir. İnsanlar yoluxa bilər. Əsgər xidmətə gedəndən 4-5 gün sonra vəziyyəti ağırlaşıb, xəstəxanada vəfat edib”.
Quru Qoşunlarında xidmət edən C.Sadıqov yanvarın 26-da hərbi xidmətə aparılıbmış.
10 günün əsgəri ölüb