Öcalandan ilk mesaj.

4 il sonra ilk dəfə ailə üzvləri həbsdə olan PKK lideri Abdullah Öcalanla görüşüblər.

Qardaşı oğlu, DEM Partiyasının millət vəkili Ömər Öcalan görüş haqqında danışıb və onun mesajını ictimaiyyətlə paylaşıb:

“Təcrid davam edir. Əgər şərait yaranarsa, mənim bu prosesi münaqişə və zorakılıq müstəvisindən hüquqi və siyasi müstəviyə daşımaq üçün nəzəri və praktiki gücüm var”.

Qeyd edək ki, daha əvvəl MHP partiyasının sədri Devlet Bahçeli çağırış edərək, Öcalanın t*rroru sonlandırmağa səsləyəcəyi təqdirdə həbsxanadan buraxılacağına dəstəyini ifadə etmişdi.

Bu çağırış Ərdoğan, CHP sədri Özgür Özel və DEM partiyası tərəfindən dəstəklənmişdi.

PKK-nın silah buraxacağı barədə müzakirələr gedərkən, dünən Ankarada t*rror aktı törədilib. Bir kişi və bir qadın Türk Təyyarə və Motor Anonim Şirkətinə (TÜSAŞ) silahlı hücum edib. Hücum nəticəsində 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Türkiyə hüquq mühafizə orqanları hücumun PKK tərəfindən həyata keçirdiyini bildiriblər. 

Leave A Reply