“İlin ən uğurlu iş qadını” dələduzluq ittihamı ilə hakim qarşısında

“Moon Kids” uşaq bağçasının təsisçisi və direktoru Rüstəmova Havvaxanım İmamət qızı dələduzluq əməlində ittiham edilir.

İş üzrə 132 nəfər zərərçəkən, ümumilikdə 465 min manat zərər var.

İttihama görə, ziyanın 428 min 375 manat hissəsi vətəndaşlara, 37 min manatı isə DSMF-yə vurulub. Müttəhim ziyanın böyük bir hissəsini ödəyib. Məhz bu səbəbdən o, azadlığa buraxılıb. Hazırda 43 min manat ödənilməmiş ziyan qalıb.

Qeyd edək ki, Havvaxanım Rüstəmova 2023-cü ildə “İlin ən uğurlu iş qadını” nominasiyasına layiq görülüb.

Leave A Reply