Xəbər verdiyimiz kimi, Türkiyədə 6 aydır tətil edən fəhlələr qalib gəldilər. Ötən il işdən çıxarılan zavod fəhlələri işlərinə geri qaytarılacaqlar və 6 ay çəkən tətil ərzində verilməyən maaşlar da ödəniləcək.
Azərbaycanda isə vəziyyət dəhşətlidir. İşçi haqları fəalı, İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov bu gün məhkəməyə çıxarılıb. Dövlət ittihamçısı onun 10 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.