3 ay dediyin nədir ki?

Dünən xəbər vermişdik ki, gömrükçülər oktyabr ayından bəri maaş almırlar.

İşçilər bir çox yerə müraciət etsələr də, məsələnin həll olunmadığını deyirdilər.

Dünənki paylaşımımızdan sonra Dövlət Gömrük Komitəsi məsələylə bağlı açıqlama verib.

Qurumun rəhbəri Şahin Bağırov deyib ki, ajiotaj yaratmağa ehtiyac yoxdur:

“Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”.

Leave A Reply