Kərə yağını neçəyə alırsınız?
Azərbaycan Rusiyaya 11 manatdan satıb. Özü də 12 min ton kərə yağını.
Ötən il Azərbaycandan Rusiyaya 11 min 977 ton kərə yağı ixrac olunub.
İxrac olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 11,1 manat olub.
Eyni dövrdə ölkədə isə kərə yağının orta satış qiyməti 20,4 manat olub.
