“Götürəcəm ölkəni necə PaşaBank“

Bu gün saxlanılan jurnalist Fatimə Mövlamlı 5 il əvvəl repçi Paster 30 sutka həbs ediləndə ona dəstək üçün plakat qaldırmışdı.

Sizcə, Pasterin də Fatiməyə dəstək olmağa cəsarəti çatar?

Fatimə Mövlamlının qaldırdığı plakatda “Götürəcəm ölkəni necə PaşaBank #FreePaster“ yazılmışdı. Pasterin həbs edilməsinin səbəbi bir repində istifadə etdiyi həmin cümlə idi.

O vaxtlar digər reperlər də “xalqın vicdan səsi“ olduqlarını iddia edirdilər. Tənqidi misralarla Azərbaycanda monopoliyaya, haqsızlığa qarşı yavaş da olsa səslərini çıxardırdılar.

İndilərdə isə Paster bank reklamlarına çəkilir, digərləri də sevgidən, məhəbbətdən oxuyurlar.

Sizcə, nə baş verdi? Niyə reperlər daha “xalqın vicdan səsi“ olmağa iddia etmirlər?

Leave A Reply