Masazırda içməli su dörd aydır küçəyə axır.

Masazır sakinləri deyir ki, kəndin Əliağa Vahid və şəhid Turqut Xəlilbəyli küçələrinin kəsişməsində dörd aydır ki, yerdən qaynayan içməli su küçəyə axır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi isə açıqlama verib ki, məsələdən xəbərdardırlar:

“Axıntının mənbəyinin aşkarlanması və qarşısının alınması üçün araşdırmalar aparılır”.

Xatırladaq ki, bir neçə gün öncə, eyni qurumun şöbə müdiri Rafiq Verdiyev demişdi ki, Azərbaycanda su çatışmazlığı var.

Sizcə, su çatışmazlığı olan ölkədə niyə 4 aydır içməli su küçəyə axır?

Leave A Reply