2 millət 1 dövlət
İsrailin “Eurovision”dakı təmsilçisi Yuval Rafael yarı azərbaycanlı imiş.

Bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb:
“Biz indi bildik ki, İsrailin Avroviziya ulduzu Yuval qismən azərbaycanlıdır! Beləliklə, Azərbaycan finala çıxa bilməsə də, azərbaycanlılar hələ də həmin səhnədə söz sahibidirlər. Gəlin ulduzumuz üçün bir az səs-küy salaq. Yuvala səs verin! 🇮🇱🇦🇿”
Maraqlıdır ki, bu il Azərbaycanı “Eurovision”da təmsil edən “Mamagama” qrupunun vokalisti Asəf Mişiyev isə yəhudi əsillidir. O, bu barədə açıqlamasında bildirmişdi.
1990-cı illərdə qurulan İsrail-Azərbaycan münasibətləri son illərdə daha da inkişaf edib. Azərbaycan hökuməti son 1 il yarımda İsrailə neft ixracını artırmaqla, sonuncunun Fələstinə qarşı müharibəsində aktiv rol oynayıb.
Azərbaycanla Türkiyəyə 1 millət 2 dövlət deyiriksə, gərək artıq Azərbaycanla İsrailə də 2 millət 1 dövlət deyək.