
🔥 2015-ci ilin mayın 19-da Azadlıq prospektində yerləşən 16 mərtəbəli yaşayış binasında yanğın baş vermişdi.
🚒 Yanğın nəticəsində dördü uşaq olmaqla, 15 nəfərin öldüyü, 64 nəfər isə yaralandığı deyilir.
Yarım ildən çox davam edən məhkəmə prosesində 8 nəfərə cəza kəsilib. Binanı üzləmiş şirkətin rəhbəri Miryusif Mahmudova 8 il, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucova 3 il 6 ay, digər təqsirləndirilən şəxslərə isə 4 il həbs cəzası verilib.
2019-cu ilin iyununda Miryusif Mahmudov cəzasının yarısını çəkəndən sonra azadlığa buraxılıb.
Ondan öncə isə, Nizami Orucov vaxtından əvvəl azadlığa buraxılmışdı.