Bəylər Eyyubovun milyonluq mülkləri aşkarlanıb.
OCCRP və üç tərəfdaş media qurumunun yeni araşdırmasına əsasən, Eyyubovlar ailəsi Böyük Britaniya və Dubayda ən azı 160 milyon dollar dəyərində daşınmaz əmlaka sahibdirlər.
Xəbərə görə, Bəylər Eyyubovun həyat yoldaşı Zöhrə Sultanova və qızı Elvira Eyyubova Londonun bahalı məhəllələrində yerləşən 3 malikanəyə sahibdirlər.
Elvira Eyyubova şəhərin mərkəzinə yaxın yerləşən iki penthausa və lüks mənzilə də sahibdir. Onun başqa bir mənzili Kenterberidə, daha bir evi isə Dorset dənizkənarı qəsəbəsində yerləşir.
Dubayda yerləşən 10-dan çox daşınmaz əmlak Bəylər Eyyubovun özü, həyat yoldaşı Zöhrə Sultanova və qızı Elvira Eyyubova da daxil olmaqla üç övladına məxsusdur. Onların əksəriyyəti palma ağacı şəklində salınan süni “Palm Jumeirah” adasının müxtəlif “budaqlarında” yerləşən villalardır.