Minimum əməkhaqqı artırıla bilər!
Bu barədə hökumətyönlü saytlar məlumat yayıb.
Ekspertlərin fikrincə, artım 20 manatı keçməyəcək.
Bundan əlavə, minimum əməkhaqqı hesablamasına bir dəyişiklik də edilə bilər.
Azərbaycanda aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflər hazırlanır.
Hazırda minimum aylıq əməkhaqqı 345 manat təşkil edir. Bu rəqəmi əsas götürdükdə, saatlıq minimum əməkhaqqı orta hesabla 2 manat 15 qəpiyə bərabərdir.
Sizcə, bu hesablamanın texniki dəyişiklikdən başqa hansı müsbət ya mənfi təsirləri olacaq?