Bakıda məsciddən oğurluq: Axundun seyfindən götürdüyü pulları gecə klubunda xərcləyib.

Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Kərbəlayi Abdullah məscidində oğurluq hadisəsi olub.

Hadisəni törədən 1985-ci il təvəllüdlü Gəncə şəhər sakini həbs edilib.

O, axundun otağında qoyulmuş dəmir seyfin kilidini bıçaq vasitəsilə açıb və Hacı Malikə məxsus olan 17800 Azərbaycan manatı, 525 ABŞ dolları və 700 avro – cəmi 20.000 manat pulu oğurlayıb.

Oğurladığı pulların bir hissəsini “Malibu” gecə klubunda əyləncəyə və qızlara xərcləyən şəxs 3 il 6 ay azadlıqdan məhrum edilib.

Leave A Reply