Ağ Evin yaydığı məlumatda deyilir ki, Prezident Bayden ABŞ-ın Rusiya hərbçilərinin Ukrayna ilə sərhəddə hərəkətləri ilə bağlı narahatlığını vurğulayacaq və ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edəcək.

Ağ Evin sözçüsü Cen Psaki də ABŞ prezidenti Co Baydenin dekabrın 7-də Rusiya prezidenti Vladimir Putinlə videobağlantı vasitəsilə danışacağı ilə bağlı xəbərləri təsdiqləyib.

FOTO: Mikhail Metzel (TASS)

Söhbət Ukrayna ətrafında vəziyyətin kəskin şəkildə gərginləşməsi fonunda baş tutacaq.

Ağ Evin bəyanatında deyilir ki, liderlər ABŞ-Rusiya münasibətlərindəki müxtəlif mövzuları, o cümlədən strateji sabitlik, kibertəhlükəsizlik və regional məsələləri müzakirə edəcəklər.

“Prezident Bayden ABŞ-ın Rusiya hərbçilərinin Ukrayna ilə sərhəddə hərəkətləri ilə bağlı narahatlığını vurğulayacaq və ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edəcək”, – deyə məlumatda bildirilir.

***

Dekabrın 7-də ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin onlayn “uzun söhbət” edəcəklər.

Məlumata görə, iki lider videobağlantıda Ukrayna sərhədləri yaxınlığında Rusiyanın böyük hərbi qüvvə yerləşdirilməsi ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

Kremldəki mənbənin CNN-ə dediyinə görə, danışıqların çərşənbə axşamı axşam saatlarında baş tutacağı ehtimal edilir.

Dekabrın 3-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Bayden və Putin virtual sammitdə Əfqanıstanda Talibanın bu ölkədə hakimiyyəti ələ keçirməsindən sonrakı vəziyyəti, İranla atom sazişini xilas etmək üçün danışıqları və ABŞ-Rusiya münasibətlərini də müzakirə edib.

Blinken Rusiyaya, Putin NATO-ya xəbərdarlıq edir

Uşakovun sözlərinə görə, sammitin tarixi və vaxtı artıq məlumdur, lakin onların rəsmi dərci üçün bütün parametrlər nəhayət ABŞ ilə razılaşdırılmalıdır.

Bu barədə “Dojd” telekanalı (Rusiya hakimiyyəti tərəfindən “xarici agent” kimi tanınıb) məlumat yayıb.

Ukrayna silahlı qüvvələrinin komandanlığı Ukrayna ilə sərhədə yaxın ərazidə yerləşən Rusiya hərbçilərinin sayını 94 min hərbçi kimi qiymətləndirir.

ABŞ kəşfiyyatı bu yaxınlarda Rusiya hərbi qruplaşmasının təxminən 70 min olduğunu qeyd edib.

“Amerikanın Səsi”nin məlumatına görə, rus qoşunları daim sərhədə doğru və geriyə hərəkət edir. Ehtimal olunur ki, belə bir addım müşahidəçiləri çaşdırmaq üçün atılır.

Mənbə:  Azadlıq Radiosu

Leave A Reply