Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən Oskar (Oskar) Mükafatları Mərasimində Uill Smitin komediya ustası Kris Roka yumruq atması çox danışıldı.
Komediya ustası Kris Rok Uill Smitin həyat yoldaşı Jada Pinkett Smitin xəstəliyi ilə bağlı zarafat edəndə, aktyor Uill Smit hirslə səhnəyə gələrək Roka yumruq atdı və Smitin iki dəfə “Arvadımın adını çəkmə” deyə qışqırması da insanların təəcübünə səbəb olub.
Los-Anceles Polis Departamentinin məlumatına görə, Rok yumruq atıldıqdan sonra soyuqqanlılığını qoruyub və bu mövzu ilə bağlı şikayət ilə polisə müraciət etməyib.
Qeyd edək ki, Smit bu yaxınlarda “Amerika Kino Sənəti və Elmləri Akademiyası”ndan istefa vermişdi.
Hollivuddakı Dolby Teatrında baş verən hadisədən sonra King Richard filmindəki roluna görə “Ən yaxşı aktyor” mükafatını almaq üçün səhnəyə çıxan qaradərili aktyor Uill Smit üzr istədiyi çıxışında göz yaşlarını saxlaya bilməyib. O Akademiya rəhbərliyi və digər namizədlərdən üzr istəyib
Mərasimdən sonra Akademiya Rəhbərliyi səhnədə baş verən hadisə ilə bağlı “Akademiya zorakılığın heç bir formasını qəbul etmir” deyə öz tvitter hesablarında açıqlama yayıb və Smiti tənqid edən yazının altında çoxlu şərhlər edilib.