Dekabrın 13-də polis tərəfindən saxlanılan ictimai fəal Möhyəddin Orucov haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.
M.Orucov oktyabrın 19-da Suraxanı rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs və 200 manat cərimə olunmuşdu.
O, bir neçə gün öncə Hamam Times-a verdiyi müsahibədə sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə həbs olunduğunu və həbsdə olarkən işkəncələrə məruz qaldığını bildirmişdi.
Möhyəddin Orucova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham sürülüb.