Azərbaycanda film kimi soyğunçuluq!

                                                  Foto: Kapital Bank

 

Bir qrup xarici ölkə vətəndaşı Azərbaycanda bankların kompüter sistemlərinə müdaxilə edərək şifrələri və digər məlumatları ələ keçiriblər.

Daha sonra isə Bakı və Sumqayıt ərazisində quraşdırılmış bankomatlara yaxınlaşıblar. Burada heç bir kart daxil etmədən kənardan verdikləri komanda ilə bankomatlardan pul çıxararaq ölkəni tərk ediblər.

Həmin şəxslər DTX-nin tələbilə Azərbaycana ekstradisiya ediliblər.

İon Sekrieru, Danila Dorin Konstantinoviç və Qubçak Sergey Aksentiyeviç məhkəmə qarşısına çıxarılıb.

Leave A Reply