Azərbaycan qara kürüsü Avropa bazarına çıxır
Azərbaycanda istehsal olunan qara kürü yaxın illərdə Avropa İttifaqı ölkələrinin bazarlarına ixrac oluna bilər. Bu barədə “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası”nın sədri Zaur Salmanlı məlumat verib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar aparılır:
“2025-ci ilin sonuna və ya 2026-cı ilin əvvəlinə Avropa İttifaqı ölkələrinə ixrac barədə düşünürük. Hazırda əlaqələr qurulur”.

Salmanlı bildirib ki, ölkədə bir neçə yeni balıqçılıq müəssisəsi yaradılıb və onlar əsasən nərə cinsli balıq yetişdirilməsi üzrə ixtisaslaşıb. Nərə balığına tələbat yüksək olsa da, ixrac üçün əsas imkan qara kürüdədir:
“Azərbaycan ənənəvi məhsullarından biri hesabına dünyada tanına bilər. Bu, həm də iqtisadiyyata ciddi töhfə verəcək”.
- Qarabağ FK: Vəhabilik və Azərbaycan futbolunda gender normaları
- Ermənistanlı diplomat Azərbaycana casusluqda ittiham edilir
- Azərbaycan, Ermənistan, Pakistan və Hindistan arasındakı dostluqlar, gərginliklər və yeni ittifaqlar barədə
Balıq və dəniz məhsulları istehsalı
Rəsmi statistikaya görə, 2024-cü ildə Azərbaycanda 67 min 299 ton balıq ovlanıb ki, bu da əvvəlki illə müqayisədə 1,2 % çoxdur.
Kvota üzrə ovlanan balıq məhsullarının həcmi isə 7 946 ton təşkil edib. Bu da 2023-cü illə müqayisədə 2,2 dəfə artım deməkdir.
Kvotaya əsasən, çəki, dabanbalığı, külmə, kütüm, xəşəm, durna balığı, kefal, naxa, sıf, xul balığı, nərəkimilər və qızılxallı (farel) kimi növlər ovlanıb.
Azərbaycan qara kürüsü Avropa bazarına çıxır