Jurnalist Ülviyyə Əli

BMT-nin üç Xüsusi Məruzəçisi Ülviyyə Əli ilə bağlı Azərbaycan hökumətindən cavab tələb edib.

Məruzəçilər müstəqil jurnalist Ülviyyə Əlinin saxlanılması, ona qarşı pis rəftar və uzunmüddətli həbsi ilə bağlı Azərbaycan hökumətinə rəsmi müraciət göndəriblər.

Müraciətdə Ülviyyə Əlinin işi barədə ətraflı məlumat verilib və Azərbaycan hökumətinə aşağıdakı çağırışlar edilib:

  • Ülviyyənin fiziki və psixoloji bütövlüyünün təmin edilməsi;
  • Onun seçdiyi vəkillə konfidensial ünsiyyətinin zəmanət altına alınması;
  • Adekvat tibbi yardıma çıxışın təmin edilməsi;
  • Zorakılıq iddiaları və prosedur pozuntuları ilə bağlı dərhal və qərəzsiz araşdırmanın aparılması;
  • Onun məhkəməyə qədər həbsdə saxlanılmasının zəruriliyi və mütənasibliyinin yenidən nəzərdən keçirilməsi;
  • Jurnalist fəaliyyətinin ona qarşı görülən tədbirlərdə faktor olmadığını sübut edən faktların təqdim edilməsi.

Müraciət BMT-nin Qadınlara və qızlara qarşı zorakılıq üzrə Xüsusi Məruzəçisi Reem Alsalem, Fikir və ifadə azadlığı üzrə Xüsusi Məruzəçisi İrene Khan və Hakimlərin və vəkillərin müstəqilliyi üzrə Xüsusi Məruzəçisi Margaret Satterthwaite tərəfindən birgə hazırlanıb.

Jurnalist Ülviyyə Əli

Leave A Reply