Bu il Azərbaycan 10-cu dəfə Formula 1 Qran Prisinə ev sahibliyi edəcək. Bakı Şəhər Halqasında keçiriləcək yarış üçün ölkə ən azı 57 milyon ABŞ dolları ödəyəcək.
Bu göstərici ilə Azərbaycan Formula 1 təqviminə daxil olan 24 ölkə arasında 1-ci yerdə qərarlaşıb.
2026-cı il üçün ev sahibliyi haqqı:
| Ölkə | Ödəniş (milyon USD) |
|---|---|
| Azərbaycan | 57 |
| Səudiyyə Ərəbistanı | 55 |
| Qətər | 55 |
| Türkiyə (2027-dən) | 35 |
| Monako | 32 |
| İtaliya (Monza) | 25 |
Bakı Qran Prisi 2016-cı ildən (ilk dəfə Avropa Qran Prisi kimi) Formula 1 təqviminə daxil olub və bu il artıq 10-cu dəfə keçiriləcək.