Maliyyə hesabatı

Dövlət televiziyası AzTV 2025-ci ili 4 milyon 221 min manat zərərlə başa vurub.

Eyni dövrdə telekanalın maliyyə öhdəliklərində də ciddi artım müşahidə olunub. Şirkətin ümumi borcları 3,4 dəfə artaraq 8 milyon manatı ötüb.

Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsindən AzTV üçün 42,6 milyon manat vəsait ayrılmışdı.

Buna baxmayaraq, qurumun rəsmi internet səhifəsində yerləşdirilən maliyyə hesabatında gəlir və xərclər bölməsi əks olunmayıb. Nəticədə ayrılan vəsaitin konkret olaraq hara yönəldiyi məlum deyil.

Leave A Reply