Cüdo üzrə çempionat

Azərbaycan cüdoçusu İslam Rəhimov İtaliyanın Neapol şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal əldə edib.

Report.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Xorvatiya təmsilçisi Kristian Butuçini, fransalı Aleksi Renarı və yarımfinal mərhələsində ukraynalı Qaqik Martirosyanı üstələyərək finala çıxıb.

İslam Rəhimov həlledici qarşılaşmada Niderland idmançısı Yoxem van Hartenə ipponla qalib gələrək çempionluq qazanıb.

Bununla da cüdoçu ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qalibi adını qazanıb. O, 2025-ci ildə də eyni çəki dərəcəsində qızıl medala sahib çıxmış, finalda yenə Yoxem van Hartenə qalib gəlmişdi.

Neapol şəhərində təşkil edilən fərdi yarışlarda 36 ölkədən 275 cüdoçu mübarizə aparıb.

Leave A Reply