Göygöldə hadisə

Göygöl rayonunun Çaykənd bələdiyyəsinin binasında mühasibin meyitinin tapıldığı bildirilir.

Qafqazinfo-nun məlumatına görə, 1963-cü il təvəllüdlü Sovda Orucovun meyiti iş otağında aşkar olunub.

Bildirilir ki, iş saatları başa çatdıqdan sonra binada işıqların sönmədiyini görən həmkarları otağa daxil olub və hadisə ilə qarşılaşıblar.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Leave A Reply