ABŞ-İran gərginliyi
İran Prezidenti Məsud Pezeşkian bazar ertəsi qubernatorlar və böyük şəhərlərin merləri ilə görüşdə deyib: “Biz problemi dialoq yolu ilə həll etmək üçün səy göstəririk. Bu məsələdə Ali Rəhbər də hökumətə müəyyən səlahiyyətlər verib”. O əlavə edib ki, İran təslim olmayacaq və qarşı tərəfin “həddi aşan tələbləri” qarşısında geri çəkilməyəcək.
Müctəba Xameneinin hansı səlahiyyətləri verdiyi açıqlanmayıb. Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai həmin gün deyib ki, ABŞ dəniz blokadasını qaldırmayınca razılaşma olmayacaq və Hörmüz boğazı açılmayacaq. Tehran dondurulmuş vəsaitlərinin qaytarılmasını da tələb edir, zənginləşdirilmiş uranı ölkədən çıxarmağı isə rədd edir.
“International Business Times” yazır ki, Qətərin irəli sürdüyü, Pakistan, Səudiyyə Ərəbistanı, Misir və Türkiyənin dəstəklədiyi plana görə, İran BMT müfəttişlərini nüvə obyektlərinə buraxacaq, əvəzində sanksiyalar yumşaldılacaq. Nəşrin mənbələrinə görə, danışıqlara ABŞ vitse-prezidenti Cey Di Vensin Mohsen Rezaiyə göndərdiyi məktub təkan verib.
Donald Tramp isə deyib ki, İranı “bitirmədikləri” yeganə səbəb Tehranın danışmaq istəməsidir, amma ABŞ yeni addım ata bilər. Sözlər ABŞ-də aralıq seçkilərə bir gün qalmış deyilib, Amerika hərbi təyyarələri isə bölgədə toplanmaqda davam edir.
Neft qiymətinin enməsi Azərbaycana da birbaşa təsir edir: Dövlət Gömrük Komitəsinə görə, ölkə doqquz ayda neft ixracından 10,1 milyard dollar qazanıb və bu gəlir həcm azaldığı halda baha qiymət hesabına artıb.


