Dövlət şirkətləri
Baş nazir Əli Əsədov dövlətin nəzarət payı olan şirkətlərlə bağlı 4 iyun 2019-cu il tarixli qərarda dəyişiklik edib. Yeni qərara görə, bu şirkətlərin idarəetmə orqanlarının üzvləri mükafatlandırılanda şirkətin fəaliyyətinin səmərəlilik əmsalı (FSƏ) meyar kimi istifadə edilməyəcək.
2019-cu il qərarı dövlət şirkətlərinin səmərəliliyini qiymətləndirmək üçün qəbul olunmuşdu, FSƏ həmin qaydaların əsas göstəricisidir. Bonus qaydasının adında da ödənişin “fəaliyyətinin nəticələrinə əsaslanan” sistemlə verildiyi yazılıb. Bundan sonra hansı meyarın tətbiq olunacağı bildirilməyib.


