Səhiyyə
Sosial şəbəkələrdə Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasında müalicə alan şəxslərin videoları paylaşılıb. “Bizim.Media” yazır ki, kadrlarda xəstələrin həssas vəziyyəti görünür, görüntülər isə “əyləncə” və gülüş mənbəyi kimi təqdim olunub, bu da narazılığa səbəb olub.
Səhiyyə Nazirliyi bildirib ki, videolar əvvəlki tarixə aiddir: “Qeyd olunan məsələ ilə bağlı həmin dövrdə müvafiq araşdırma aparılmış, görüntülərdə əks olunan qanun pozuntularına yol verən və çəkilişi həyata keçirən şəxslərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülmüşdür”.
Nazirlik videonun nə vaxt çəkildiyini, hansı pozuntuların aşkarlandığını və kimlər barəsində hansı tədbirin görüldüyünü açıqlamayıb. Qapalı müəssisədə kadrların kim tərəfindən çəkildiyi də deyilmir.


