ABŞ, Pit Heqset

“CBS News” adı açıqlanmayan mənbələrə istinadla yazıb ki, respublikaçıların ara seçkilərdə məğlubiyyətindən sonra prezident Donald Tramp müşavirlərindən müdafiə naziri Pit Heqsetin vəzifədə qalıb-qalmamalı olduğunu soruşur. Həmin mənbələrə görə, hələ qərar verilməyib.

Kanalın bir mənbəsi Heqsetin yerinə Florida qubernatoru Ron Desantisin gətirilə biləcəyini deyib. Ağ Evin sözçüsü Anna Kelli isə “CBS News”a Trampın Heqsetə tam əmin olduğunu bildirib.

Tramp özü həmin gün Ağ Evin qarşısında jurnalistlərin sualına cavab verərkən Heqseti işdən çıxarmaq niyyətində olmadığını, onun işinin öhdəsindən yaxşı gəldiyini deyib.

“The Guardian” yazır ki, seçkilərin əsas səbəblərindən biri sayılan İran müharibəsinə görə məsuliyyət Heqsetin üzərinə qoyula bilər. Qəzet bu barədə “CNN”in danışdırdığı keçmiş Pentaqon rəsmisinə və Ağ Evə yaxın respublikaçıya istinad edir. Respublikaçı konqresmen Tomas Massi də impiçment maddələri təqdim edib.

Foto: Pit Heqsetin rəsmi portreti, ABŞ Müdafiə Nazirliyi, Wikimedia Commons.

Leave A Reply