Dövlət büdcəsi 2027
Gələn ilin büdcə zərfinin layihəsinə görə, 2027-ci ildə Milli Məclisin saxlanılmasına dövlət büdcəsindən 72,356 milyon manat ayrılacaq. Bu, bu ilkindən 38,95% çoxdur. Vəsaitin 59,356 milyon manatı əməyin ödənişinə, 10,52 milyon manatı mal, iş və xidmətlərin alınmasına, 1,385 milyon manatı qeyri-maliyyə aktivlərinə, qalanı sosial ödənişlərə və icbari sığortaya xərclənəcək.
Nazirlər Kabinetinin saxlanılmasına isə 45,166 milyon manat ayrılması nəzərdə tutulur, bu da 2026-cı ildən 33,4% çoxdur. Bu məbləğin 39,322 milyon manatı əməyin ödənişinə gedəcək.
Bu il, 2026-cı ildə Milli Məclisin saxlanılmasına 52,07 milyon manat, Nazirlər Kabinetinin saxlanılmasına isə 33,9 milyon manat ayrılıb.
Müqayisə üçün, “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bütün büdcə üzrə əməyin ödənişi xərcləri 16% artaraq 11 milyard 891,3 milyon manat olacaq. Sosial ödənişlərə 3 milyard 462 milyon manat ayrılır, bu, cəmi 0,7% artım deməkdir. Qrantlara və digər ödənişlərə 3 milyard 409,1 milyon manat (3,1% çox), qeyri-maliyyə aktivlərinin alınmasına 12 milyard 797,2 milyon manat nəzərdə tutulub.


