Ermənistan
Ermənistan mediasının yaydığı “Gallup” sorğusuna görə, 1001 respondentin 33,6%-i növbədənkənar parlament seçkisinin mütləq zəruri olduğunu, daha 17,1%-i isə “çox güman ki”, ehtiyac olduğunu düşünür. Beləliklə, iştirakçıların yarıdan çoxu növbədənkənar seçkinin tərəfdarıdır.
Seçki qarşıdakı bazar günü keçirilsəydi, ən çox səsi - 24,3% - hakim “Mülki Müqavilə” partiyası toplayardı. İkinci yerdə 8,5% ilə “Güclü Ermənistan” partiyası, üçüncü yerdə 6,7% ilə “Ermənistan” bloku olardı.
Siyasətçilər arasında Baş nazir Nikol Paşinyanı 31,1%, xarici işlər naziri Ararat Mirzoyanı 30% müsbət qiymətləndirib. Onların fəaliyyətindən narazı olanlar müvafiq olaraq 36,5% və 33,6%-dir.


