Gürcüstanlıya işğal məhkəməsi

Rusiyanın işğal etdiyi Donetsk vilayətindəki de-fakto ali məhkəmə Gürcüstan vətəndaşı Quram Çiçinadzeni “muzdluluq” ittihamı ilə “ciddi rejimli koloniyada” 12 il yarım həbs cəzasına məhkum edib. Bu barədə noyabrın 9-da Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Gürcüstanın “Civil.ge” saytının yazdığına görə, Rusiya prokurorları Çiçinadzenin 2022-ci ilin oktyabrında Odessa vilayətində Ukrayna ordusunun 28-ci ayrıca mexanikləşdirilmiş briqadası ilə hərbi xidmət müqaviləsi imzaladığını iddia edir. Onun Mikolayiv vilayətində hərbi təlim keçdiyi, Rusiya qüvvələrinə qarşı döyüşlərdə iştirak etdiyi bildirilir.

Prokurorluğun iddiasına görə, Çiçinadze 2022-ci ilin noyabrında təxminən 400 min rubl aldığını deyərək döyüş bölgəsindən Kiyevə gedib, 2024-cü ilin fevralında isə 115-ci mexanikləşdirilmiş briqadada pulemyotçu kimi cəbhəyə qayıdıb. Həmin ayın sonunda Rusiya hərbçiləri onu əsir götürüb.

Rusiyanın işğal etdiyi Donetskdəki hakimiyyət orqanları daha əvvəl də Rusiyanın 2022-ci ilin fevralındakı genişmiqyaslı müdaxiləsindən sonra Ukraynanın müdafiəsinə qoşulan bir neçə gürcüstanlıya oxşar hökmlər çıxarıb.

Leave A Reply