BDU-ya yeni rektor
Məleykə Abbaszadə Prezident İlham Əliyevin noyabrın 19-da imzaladığı sərəncamla Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin edilib. Başqa bir sərəncamla Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad olunub.
Abbaszadə ayrıca sərəncamla Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən də azad edilib. O, uzun illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK), sonra isə onun bazasında yaradılmış DİM-ə rəhbərlik edib və ali məktəblərə qəbul imtahanları onun adı ilə tanınıb. DİM-ə kimin rəhbərlik edəcəyi hələlik açıqlanmayıb.
Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev 2019-cu ilin martından BDU-nun rektoru idi. Ondan əvvəl o, 2009-2019-cu illərdə Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru olub.


