İtaliya futbolu
ABŞ yığmasının hücumçusu Kristian Pulişiç İtaliyanın “Milan” klubu ilə yeni müqavilə bağlayaraq komandada qalma müddətini artırıb.
APA Sport xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, futbolçu daha beş il “Milan” formasını geyinəcək.
Pulişiç 2023-cü ildən etibarən İtaliya təmsilçisinin şərəfini qoruyur.
28 yaşlı hücumçu cari mövsümdə A Seriyasında 6 qarşılaşmada meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.


