- “Abzas Media” saytının direktoru Ülvi Həsənli saxlanılıb.
Vəkil Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, Ülvi Həsənli hazırda Bakı şəhər Baş Polis İdarəsindədir:
“Nə səbəbə saxlanılması barədə mənə məlumat verilməyib. Hazırda ora getməyə hazırlaşıram. Həbsinin səbəbini araşdırıb, məlumat verəcəyəm”.
Vəkil daha öncə Binəqədi rayon Polis İdarəsi və Hava Nəqliyyatında Polis İdarəsi ilə əlaqə saxlayıb. Hər iki qurum Ülvi Həsənli barədə məlumatlarının olmadığını bildiriblər.
Qeyd edək ki, polis əməkdaşları hal-hazırda “AbzasMedia”nın ofisi qarşısında toplaşıb. Onların ofisdə axtarış apardığı bildirilir.