Azərbaycan, banklar

Azərbaycanda iki bank birləşir. “Bank Respublika” “AccessBank”ın səhmlərinin 100 faizini alıb, birləşmiş bankın aktivləri 4,5 milyard manat, kredit portfeli isə 3,3 milyard manat olacaq.

David Tsiklauri “AccessBank”dan ayrılıb, onun yerinə “Bank Respublika”nın sədri Tariyel İsmayılov keçib.

Rəsmi olaraq “Bank Respublika”nın təxminən 90 faizi Quliyev qardaşlarına məxsusdur, ən böyük səhmdar 63 faizdən çox payla Natiq Quliyevdir. 2019-cu ildə “AzPolitika” saytı adını açıqlamadığı mənbələrə istinadla bankın əsas sahibinin o vaxt Mərkəzi Bankın sədri olan Elman Rüstəmov olduğunu iddia edirdi. Nə Rüstəmov, nə də Quliyev qardaşları o vaxt bu iddiaya münasibət bildirməyib.

Leave A Reply