“Bəxt üzüyü”nü sevənlərə kədərli bir xəbərimiz var

“Bəxt Üzüyü” filmində Sevda rolunu canlandıran Firəngiz Rəhimbəyli ABŞ-da vəfat edib.

 

Foto: Firəngiz Rəhimbəyli

O, 1960-cı ildə Ağdam rayonunun Şişpapaqlı kəndində dünyaya göz açıb. Firəngiz Rəhimbəyli aktrisalığı ilə yanaşı həm də müasir estradamızın yaradıcılarından olub.

O, Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi məşhur bəstəkarlarlarla işləmiş, “Əgər məni unutsan”, “Bu sevgi”, “İnanıram bu sevgiyə”, “Bizim dağlar”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” adlı mahnılar ifa edib.

Firəngiz Rəhimbəyli 1993-cü ildən qızı Raisa ilə ABŞ-ın Los-Anceles şəhərinə köçüb, elə orada da həyatla vidalaşdı.

Leave A Reply