O, narkotiklə ittiham olunub.

Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, dekabrın 21-də 1986-cı il təvəllüdlü Fərdi Ramazanov adlı şəxs saxlanılıb. Onun 100 qram kokain tozu və 300 ədəd narkotik tərkibli həbi ölkəyə keçirmək istədiyi deyilir.

Açıqlamada deyilir ki, əməliyyat nəticəsində qrupun digər üzvü, 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı, Neftçala rayon sakini Həsənağa Elçin oğlu Məmmədov müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, Həsənağa Məmmədov tanınmış aktyordur və Azərbaycanda istehsal edilən bir çox serial və filmdə iştirak edib. O, əsasən Həsən Ağa adı ilə tanınır.

Leave A Reply