Rusiyalı siyasətçi Aleksey Navalnı xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib.

Məlumata görə, 47 yaşlı siyasətçi gəzintidən sonra özünü pis hiss edib və huşunu itirərək dünyasını dəyişib.

Onun ölüm səbəbi araşdırılır.

Xatırladaq ki, Navalnı 2021-ci il martın 22-də fırıldaqçılıq və hakimi təhqir etmək ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Leave A Reply