Almaniyada Baş nazirə Pinokyo

Almaniya məhkəməsinin siyasi tənqid və ifadə azadlığı ilə bağlı qəbul etdiyi qərara əsasən, ölkənin baş nazirinə “Pinokyo” demək cinayət tərkibi yaratmır və bu ifadə təhqir kimi deyil, siyasi polemika çərçivəsində qiymətləndirilə bilər.

Hadisə Heilbron şəhərində yaşayan bir pensiyaçının sosial şəbəkədə paylaşımı ilə bağlıdır.

O, baş nazir Fridrix Mertslə bağlı postun altına “Pinokyo Heilbrona gəlir” (Pinocchio kommt nach HN) şərhini yazdığı üçün polis tərəfindən sorğuya cəlb olunmuşdu.

Məsələ məhkəməyə çıxarıldıqdan sonra hakimlər belə qənaətə gəliblər ki, demokratik cəmiyyətdə siyasətçilər daha sərt və emosional tənqidlərə dözümlü olmalıdırlar.

Qərarda vurğulanıb ki, bu tip ifadələr siyasi müzakirə kontekstində qiymətləndirilməli və cinayət təqibi üçün əsas sayılmamalıdır.

Hüquqşünaslar bildirirlər ki, siyasətçilərin şərəf və ləyaqətinin qorunması vacibdir. Lakin ictimai maraq doğuran məsələlərdə sərbəst fikir bildirmək və hakimiyyəti tənqid etmək demokratik sistemin əsas prinsiplərindən biridir.

“Pinokyo” obrazı italyan yazıçısı Karlo Kollodinin 143 il əvvəl yazdığı məşhur uşaq nağılının qəhrəmanıdır. Əsərin əsas personajı yalan danışdıqda burnunun uzanması ilə tanınır və bu səbəbdən obraz tez-tez yalançılığa eyham kimi istifadə olunur.

Almaniyada Baş nazirə Pinokyo

Leave A Reply